Bakı. Trend:
Biz Azərbaycanın imkanlarını Türk dünyası üçün əlçatan edəbilmək üçün bir yola çıxdıq və bunun da adını Türk Ticarət Mərkəziqoyduq.
Trend xəbərverir ki, bu sözləri "Okuklu Holdinq"in direktoru Yılmaz OkukluAzərbaycanda Qırğızıstan Ticarət Evinin açılışı zamanı çıxışedərkən deyib.
O qeyd edib ki, biz istəyirik ki, Azərbaycanın var olanimkanlarını bütün Türk dünyası üçün əlçatan edək.
"Bu gün özünə şəxsən böyük məhəbbətlə yanaşdığım, cəsarətinəheyran olduğum Qırğız Respublikasının səfiri Maksat Mamıtkanov TürkTicarət Mərkəzində Türkiyədən sonra ikinci addımı atdı. Biz artıqticarət mərkəzində Qırğız Respublikası ilə Azərbaycan arasındakı vəgələcəkdə bütün türk dünyası arasındakı ticarəti inkişaf etdirməküçün bu gün bir sıra müqavilələrə imza atacağıq. Hamımız üçünxeyirli olsun”,- deyə Okuklu əlavə edib.