Yanvar ayının 20-də Ağcabədi rayonunun Qəhrəmanlar Parkında qanlı yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri, YAP fəalları, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin üzvləri iştirak etmişlər.
Əvvəlcə, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçıları şəhidlərin abidəsi üzərinə qərənfil dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Saat 12:00-da isə tədbir iştirakçıları vətən uğrunda canından keçən övladlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!