Rusiya prezidenti Vladimir Putin Çinlə ticarət həcminin 220 milyard dolları keçdiyini deyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kreml Putin və Çin sədri Si Cinpin arasında videokonfrans görüşünün təfərrüatlarını paylaşıb.
Görüş zamanı Putin ötən ilin Rusiya-Çin münasibətləri üçün son dərəcə məhsuldar olduğunu, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də keçirilən sammitlərdə faydalı məsləhətləşmələr apardıqlarını bildirib.
Rusiya qazını Çinə daşıyan \"Sibirin Gücü” boru kəmərinin 5 il əvvəl fəaliyyətə başladığını xatırladan Putin bunları qeyd edib:
\"Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır. Biz Çinə neft ixracına görə birinci yerdəyik. Sənaye, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurlu birgə layihələr həyata keçiririk”.
Cəmalə