Bakı, 21 yanvar, AZƏRTAC
Biz beynəlxalq ictimaiyyəti apardığımız mübarizənin legitimliyini tanımağa çağırırıq. Fransa Reyunyondakı siyasətinə görə mənəvi və siyasi məsuliyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri madaqaskarlı prodüser-rejissor Klaudia Ramananjanahary “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.
O qeyd edib ki, Hind okeanı zonası dövlətlərinin, beynəlxalq ictimaiyyətin dəstəyi bu mübarizəyə böyük töhfə verə bilər.
O vurğulayıb ki, Fransanın müstəmləkəçilik siyasəti nəticəsində Reyunyon yüksək yoxsulluq səviyyəsi, eləcə də çətin iqtisadi və sosial vəziyyətlə üzləşib.