AZ

Rusiya Azərbaycan və Ermənistanla münasibətlərdə heç birinin tərəfini tutmur- Lavrov belə deyir...

Image

Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına lazımı dəstəyi göstərməyə hazırdır. Trend xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvada apardığı danışıqlar zamanı bildirib.

“Regional təhlükəsizlik Cənubi Qafqaz istiqamətində fəaliyyətlərimizdə mühüm yer tutur. 2020-2022-ci illərdə üç ölkə liderləri arasında əldə olunmuş ikitərəfli razılaşmaların inkişafı çərçivəsində Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına bütün istiqamətlərdə zəruri dəstəyi göstərməyə hazırıq.

Hesab edirik ki, bu razılaşmalar ələlxüsus regiondakı cari vəziyyəti nəzərə alsaq, hazırda da aktuallığını qoruyub saxlayır" – deyə o bildirib.

Lavrov deyib ki, Rusiya Azərbaycan və Ermənistanla münasibətlərdə heç birinin tərəfini tutmur.

“Biz fikrimizcə çox aktual olan məsələlərlə - İrəvan və Bakı arasında münasibətlərin normallaşması məsələləri ilə məşğul oluruq. Qardaş xalqların sülh və mehriban qonşuluq şəraitində yaşamasına dərin marağımızdan çıxış edirik," – deyə o əlavə edib.

Lavrov qeyd edib ki, Moskvanın həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur: "Bu məsələdə son dərəcə maraqlıyıq".





Seçilən
19
2
baki-xeber.com

3Mənbələr