Bakı. Trend:
Fransa müstəmləkə siyasəti Reyunyon xalqının etnik kimliyininyer üzündən silinməsinə hesablanıb.
Trend xəbər verir ki, bubarədə “Ka Ubuntu”Müstəqillik hərəkatının üzvü Benjamin KlementBakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanınmüstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş"Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına vəsuverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransçərçivəsində keçirilən media brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransanın Reyunyonda törətdiyi cinayətlərin birqismi ictimaiyyətə məlum deyil.
“Biz bu cinayətlərin təzminatı olaraq ədalətin bərpa olunmasınıvə müstəqilliyimizin geri verilməsini istəyirik.
Müstəmləkə siyasətinə görə Reyunyonda işsizlik artıb. Bununladagəncləri məcbur edirlər ki, Fransa işçi olaraq getsinlər. Bununlayanaşı xalqa öz dilini unutdurmağa çalışırlar. Düşünürlər ki,dilimizi unutdursalar öz müstəmləkə siyasətlərini dəunutduracaqlar”,- deyə o bildirib.
Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərindəPortuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildəXIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib vəBurbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniyaqurulub.
Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi vəsosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir.Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləriyerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrundagöstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə butəsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadanyüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi vəişsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünügöstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunanidarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqınınöz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı,onların qərarvermə prosesində iştirakını da minimuma endirir.