Bakı. Trend
Aşkarlıq ən mühüm meyarlardan biri olduğu üçün 70 minədək yerlimüşahidəçinin seçkini izləmək imkanı olacaq.
Trendxəbər verir ki, bunuMərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımovqurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, istənilən vətəndaşın bu proseslərlə bağlımüfəssəl məlumat əldə edə bilməsinə çalışacağıq:
“1000 seçki məntəqəsində baş verən bütün proseslərveb-kameralarım qarşısında həyata keçiriləcək. MSK 2008-ci ildəveb-kameraların quraşdırılması və istifadəsi ilə bağlı sənəd qəbuledib. 2013-cü ildə bu sənədə dəyişiklik edilib”.
O qeyd edib ki, keyfiyyətli və fasiləsiz yayım üçün 118 seçkidairəsində və 1000 seçki məntəqədə veb-kamera quraşdırılacaq vəonların siyahısı dərc ediləcək.