AZ

İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başlayıb

“İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başlayıb”.

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu özünün “X” sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, əməliyyatın məqsədi İordan çayının qərb sahilində yerləşən Fələstin Muxtariyyətinin Cenin şəhərində terrorizmin kökünü kəsməkdir.

"Bu, qarşıya qoyduğumuz məqsədə, Yəhudeya və Samariyada təhlükəsizliyin gücləndirilməsinə nail olmaq üçün daha bir addımdır. Biz Qəzzada, Livanda, Suriyada, Yəməndə, Yəhudeya və Samariyada İran oxuna qarşı metodik və qətiyyətlə hərəkət edirik”, - deyə siyasətçi vurğulayıb.

Netanyahu qeyd edib ki, əməliyyat İsrail Müdafiə Qüvvələrinin nəzarəti altında həyata keçirilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
32
18
missiya.az

10Mənbələr