Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinlə videokonfrans danışıqları zamanı bildirib.
"Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır", - deyən Rusiya dövlət başçısı çinli həmkarına beş il əvvəl " Sibirin gücü" qaz kəmərinin istismara verildiyini xatırladıb. Putin Moskva ilə Pekin arasında nüvə enerjisi, sənaye və bir sıra digər sahələrdə uğurlu əməkdaşlığa da diqqət çəkib.
Rusiya prezidenti qeyd edib ki, ilin əvvəlində iki ölkə liderləri arasında aparılan danışıqlar artıq yaxşı ənənəyə çevrilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31