AZ

Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub

Naxçıvan, 21 yanvar, AZƏRTAC

Bakı şəhərində gənc boksçuların Azərbaycan birinciliyi keçirilib. Altı gün davam edən yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 3️04 (278 kişi, 26 qadın) idmançısı qüvvəsini sınayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışda muxtar respublikadan 2 məşqçi, 1 hakim və 9 idmançı iştirak edib. Gözləntilərin yüksək olmasına baxmayaraq, idmançılardan yalnız biri mükafatçılar sırasına düşə bilib. Komandanın heyətində 71 kq çəki dərəcəsində çıxış edən Sarvan Abdullayev finala qədər maneəsiz irəliləsə də, həlledici görüşdə qələbə qazana bilməyib. Nəticədə Naxçıvan təmsilçisi yarışı gümüş medal ilə tamamlayıb.

Seçilən
37
azertag.az

1Mənbələr