AZ

Rusiyada kredit borcları sürətlə artır

2024-cü ildə Rusiyada fiziki şəxslərin yalnız kredit borclarından yaranan faiz yükü rekord həddə çatıb.

"Cebheinfo.az"  Rusiya Mərkəzi Bankına istinadən xəbər verir ki, dekabrın 1-nə olan məlumata görə, kredit götürənlər tərəfindən toplam 607,8 milyard rubl (təxminən 6,8 milyard dollar) faiz ödənilməsi gözlənilir. aBu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz artıb.

Bununla belə, kreditlərin həcminin artım tempinin əvvəlki ilə nisbətən yavaşladığı müşahidə edilmişdir. 

2023-cü ildə 22,7 faiz artan ümumi kredit borcu 2024-cü ildə cəmi 11 faiz artıb. Bu, faiz dərəcələrinin artması ilə birlikdə borcalanların maliyyə yükünü artırıb.

Rusiya Mərkəzi Bankının 2024-cü il dekabrın 1-nə olan məlumatlarına görə, Rusiyada fiziki şəxslərin ümumi kredit borcu 39,36 trilyon rubl, yəni təxminən 441 milyard dollar olaraq açıqlanıb.

2024-cü ildə bu rəqəm 11 faiz artıb. Kredit borcunun bu artımı xüsusilə yüksək faiz dərəcələri və fiziki şəxslərin borc götürmə meyilinin davam etməsi ilə bağlıdır.

RBC-nin məlumatına görə, 2024-cü ilin iyul ayından faiz dərəcələrini artırmağa başlayıb və bu, kredit xərclərinin kəskin artmasına səbəb olub. 

Siyasət faizi 16 faizdən 21 faizə yüksələrkən, istehlak krediti faizləri 32 faizə, mənzil krediti faizləri isə 30 faizə çatıb. 

Ekspertlər qeyd ediblər ki, faiz dərəcələrinin artırılması təkcə kredit xərclərinə deyil, həm də bankların kredit portfelinin keyfiyyətinə təsir göstərir.

Ekspertlərin fikrincə, kredit faizlərinin bu sürətlə artması Rusiyada iqtisadi qeyri-müəyyənliklər və artan borc yükü səbəbindən yeni risklər yarada bilər. 

2025-ci ildə siyasət faizində mümkün azalma barədə danışılsa da, analitiklər bunun kredit xərclərini dərhal azaltmayacağını proqnozlaşdırırlar. 

Seçilən
14
31
cebheinfo.az

10Mənbələr