AZ

“Ermənistan-İran sərhədində vəziyyət sakit qalacaq” - Mirzoyan

“Ermənistan-İran sərhədində vəziyyət sakitdir və belə də qalacaq”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib.

Mirzoyan Moskva ilə Tehran arasında bu yaxınlarda imzalanmış sənədin Ermənistan-İran sərhədində vəziyyəti sakitləşdirib-sakitləşdirməyəcəyinə dair  suala  çaşqınlığını ifadə edib:

"Təəccübümü gizlədə bilmirəm. Düzünü desəm, Ermənistan-İran sərhədi həmişə çox sakit və maneəsiz olub, o cümlədən heç vaxt problem olmayıb”, - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr