AZ

Müğənni və oğlu müzakirə edildi

Müğənni Rəqsanənin sosial mediada oğlu ilə birlikdə videosu ilə diqqət çəkib. Belə ki, onun “oğlum” deyərək təqdim etdiyi uşağın xarici görünüşü müzakirələrə səbəb olub. Sosial media istifadəçiləri sənətçinin oğlunu daha çox qıza bənzədiblər. Metbuat.az xəbər verir ki, sosioloq Lalə Mehralı da mövzuya öz münasibətinibildirib. O deyib ki, körpə yaşdan uşaqları öz cinsinin xüsusiyyətlərinə alışdırmaq lazıımdır: “Özünü filtrlə, effektlə çəkəndə uşağına tətbiq edənlər bunu nəzərə almırlar. Oğlan uşağını effektlə qız kimi göstərirlər, dodağı rəngli, üzü makiyajlı edirlər, saçını uzadırlar. Ola bilər uşağın saçı gözəl olsun, ancaq qız saçı qədər uzatmaq da doğru deyil. Videoda "oğlum" deməsəydi, elə bilərdim qız uşağıdır. Elə bəzən qız uşaqlarını da oğlan kimi böyüdürlər, ictimai yerlərdə erkək kimi hərəkət edirlər. Sosioloq qeyd edib ki, uşaq evdə ana ilə, bağçada qadın müəllimlə, dayə ilə, məktəbdə də qadın müəllimlə çox vaxt keçirir. Oğlanların şəxsiyyəti atasının, böyük qardaşının, kişi müəlliminin təsiri ilə formalaşmalıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
29
6
metbuat.az

6Mənbələr