AZ

BMT-də 1 milyon dollarlıq dələduzluq- yunan məmura iş açıldı...

Image

Birləşmiş Millətlər Təşkilatında (BMT) əsas vəzifədə çalışan yunan məmura qarşı dələduzluq və saxtakarlıq maddəsi ilə cinayət işi açılıb. Məlumata görə, beynəlxalq təşkilatda əhəmiyyətli vəsaitləri idarə edən işçi 2014-2021-ci illər arasında 1 milyon dollardan çox pul mənimsəyib. BMT-nin səlahiyyətli qurumları tərəfindən aparılan araşdırmaya görə, müttəhim BMT adından saxta sənədlərlə hesab-fakturalar verirmiş.

BMT-nin hesabatından sonra iş materialları hazırlanıb və bu materiallar əvvəlcə Avropa Baş Prokurorluğuna göndərilib. Lakin bəzi çatışmazlıqlara görə, dosya yenidən Birinci İnstansiya Prokurorluğuna qaytarılıb.

Ona qarşı irəli sürülən ittihamları rədd edən təqsirləndirilən şəxsin ifadələri ona qarşı cinayət işi qaldıran prokuroru razı salmayıb. İş materialları Yunanıstandakı prokurorluq qrupuna göndərilib.

TAHİR





Seçilən
18
baki-xeber.com

1Mənbələr