Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makronun 6 yanvar 2025-ci iltarixində Parisdə keçirilən səfirlərin illik toplantısında verdiyisərt bəyanatlar Afrika ölkələrində böyük əks-səda doğurub.
Makron noyabr ayında Əlcəzair hava limanında saxlanılmışəlcəzairli yazıçı Bualem Sansalın dərhal azad edilməsini tələbedib.
Öz nitqində o bildirib ki, "sevdiyi və keçmişini bölüşdüyüƏlcəzair şərəfsiz bir iş görüb və Sansalı saxlamaqla onun tibbimüalicəsinə əngəl törədir".
Markonun bu bəyanatı Afrika KİV-də tənqid atəşinə tuş gəlib.Əlcəzairin "ElwataniaTV" teleşirkəti Fransanın bu sözlərininrüsvayçı və qeyri-məqbul olduğunu bildirərək, Makronun rəhbərliyialtında Fransanın irqçilik və islamafobiya elementlərinin olduğuanti-Əlcəzair cərəyanlarının əsirinə çevrildiyini qeyd edib. Eynizamanda Fransanın müstəmləkəçi keçmişi ilə bağlı bəzi məsələlərətoxunulub və tarixi mirasa görə məsuliyyəti öz üzərinə götürməyəqadir olmaması vurğulanıb.
Mərakeşin “Atlantic Radio” radiostansiyası qeyd edir ki,Makronun Afrikanın təhlükəsizliyi və suverenliyinə dəstəklə bağlıbəyanatları ciddiyə alınmır. Belə ki, Fransa bu rolu yerinəyetirmək üçün nə lazımı imkana, nə də ki, lazımı legitimliyəmalikdir. Anoloji mövqeni Çad hökumətinin nümayəndələri ortayaqoyublar və Makronun söylədiklərini Afrika dövlətlərinə biganəlikkimi qiymətləndiriblər.
Livanın “Al Mayadeen TV” telekanalı Makronun öz imicinə əlgəzdirmək səylərinə diqqət çəkərək, Fransanın Afrikadakı siyasətinədiqqət ayırıb, ancaq onun nitqi Çad və Seneqalın sərt ittihamlarınayol açıb.
Seneqalın “RTS2” kanalı qeyd edir ki, müasir Afrika dövlətləriöz müstəqil xarici siyasət kurslarını çoxdan müəyyənləşdiriblər vəFransa qitə üzərində olan əvvəlki nüfuzunu əhəmiyyətli dərəcədəitirib.
“BurkinainfoTV” isə birbaşa olaraq Makronu müstəmləkəçibaxışlarda ittiham edib və onun afrikalıların guya “naşükür olması”ilə bağlı bəyanatını tənqid atəşinə tutub. KİV Fransa prezidentininafrikalıları bərabər tərəfdaşlar kimi qəbul etməyə qadir olmamaqdaittiham edib və Afrika resurslarının daha Avropa ölkələrininqəniməti olmadığını vurğulayıb.