AZ

Ölkə universitetlərinin beynəlmiləlləşmə istiqamətində növbəti addımı: AzMİU yeni əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalqəlaqələrini daha da genişləndirmək istiqamətində növbəti uğurluaddım atıb.

Trend xəbərverir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova ilə Türkiyənin Konya Texniki Universitetinin rektoruprofessor Osman Nuri Çelik arasında onlayn görüş keçirilib.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə hər ikiuniversitetin rektorları ilə yanaşı, prorektorlar və müxtəlifstruktur bölmələrin rəhbərləri də iştirak ediblər. Görüşdə təhsilvə elmin inkişafına dair aktual mövzular müzakirə edilib, ortaqfikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın iki qardaş ölkənin təhsil sahəsindəəlaqələrini genişləndirəcəyinə əminlik ifadə ediblər.

Görüşün sonunda AzMİU ilə Konya Texniki Universiteti arasındaonlayn şəkildə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləçərçivəsində ali təhsil müəssisələri birgə tədqiqat layihələrininhəyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarınıntəşkili, birgə elmi-tədqiqatların aparılması, elmi seminar vəkonfransların keçirilməsi, birgə nəşrlərin çap olunmasıistiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Qeyd edək ki, AzMİU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinigenişləndirmək istiqamətində gördüyü işlər universitetin, həmçininAzərbaycan elminin qlobal miqyasda tanınmasına xidmət edir. Bumüqavilə də təhsil və elmin inkişafı istiqamətində uğurlu nəticələrverəcəyinə dair böyük ümidlər yaradır.

Ölkə
Ölkə
Ölkə
Ölkə
Ölkə
Ölkə
Məqalədə:
Seçilən
12
5
az.trend.az

6Mənbələr