AZ

Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 21-dəTürkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaza başsağlığıməktubu ünvanlayıb.

Trend xəbərverir ki, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizəkmərkəzində baş verən yanğın nəticəsində insan tələfatı vəyaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığınıbildirib.

Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlakolanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərinhüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.

Qeyd edək ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbərolunub.

Son məlumatlara əsasən, hadisə nəticəsində 66 nəfər həlak olub,51 nəfər isə yaralanıb.

Məqalədə:
Seçilən
4
4
az.trend.az

10Mənbələr