Ötən həftə sonu "Qarabağ" ailəsi üçün ağır itki üz verdi.
Klubun fəxri prezidenti Abdolbari Gozal 76 yaşında dünyasını dəyişdi.
"Köhlən atlar"ın ən böyük azarkeş qrupu sayılan "İmarət tayfa" klubun inkişafında xidmətləri olmuş Gozal bəyi böyük ehtiramla yad edib.
Belə ki, qrup üzvləri üzərində "İmarət tayfa"nın şərfi olan əklili "Qarabağ"ın Suraxanıda yerləşən bazasının önündə qoyub.
"Azersun Holdinq”in Müşahidə Şurasının sədri 2001-ci ildə, "Qarabağ" Futbol Klubunun ən ağır dövründə onu himayəsinə götürmüş, bununla da komandanı dağılmaq təhlükəsindən qurtarmışdı.
O, 2001-15-ci illərdə Ağdam təmsilçisinin prezidenti, 2015-ci-2025-ci illərdə fəxri prezidenti olub.
Bu illər ərzində komanda 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunun qalibi olmaqla bərabər Avropa arenasında böyük uğurlar əldə etməsilə yadda qalıb.
Allah rəhmət eləsin!
XANOĞLAN / SPORTİNFO.AZ