Taliban 7 milyard dollar dəyərində silahı ABŞ-a qaytarmaqdan imtina edib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Taliban ABŞ-dan Əfqanıstandan tələsik geri çəkilərkən Amerika hərbçilərinin geridə qoyduğu silahların qaytarılmasının müqabilində İŞİD-lə mübarizə üçün onlara daha müasir silahlar verməsini tələb edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Talibana çağırış edərək, ABŞ silah arsenalını geri qaytarmasını bildirmişdi.