AZ

"Rəsmi Bakının da Tramp administrasiyası ilə əməkdaşlığı bərpa edəcəyini düşünürəm" - POLİTOLOQ

"Rəsmi Bakının da Tramp administrasiyası ilə əməkdaşlığı bərpa edəcəyini düşünürəm" - POLİTOLOQ"Tramp administrasiyası, Bayden administrasiyasından fərqli olaraq Cənubi Qafqazın açar dövləti Azərbaycanla əməkdaşlığa maraq göstərəcəyini proqnozlaşdırmaq olar. Doğrudur, Trampın administrasiyasında da, Baydendə olduğu kimi bəzi, ermənipərəstlər var. Elə, dövlət katibi Marko Rubion özü ermənipərəst senator olub və hər zaman da Azərbaycan əleyhinə açıqlamalar verib".

Bunu Sonxeber.az-a politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu danışıb.

O, açıqlamasında qeyd edib ki, Trampın öncəliyi Rusiya və Ukrayna müharibəsini bitirməkdir:

"Amma ümid onadır ki, dövlət katibi Mark Rubion, senator Mark Rubiodan fərqli olaraq ölkəsinin təhlükəsizlik maraqlarına, əsasən, çıxış edəcək. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın açar dövləti Azərbaycanla əməkdaşlığı diqtə edir. Həmçinin, Trampın Baydendən fərqli olaraq erməni lobbisi ilə heç bir zaman bağlılığı olmayıb. Tramp, ancaq, ölkəsnin maraqlarını düşünür. Bu səbəbdən də rəsmi Bakının da Tramp administrasiyası ilə əməkdaşlığı bərpa edəcəyini düşünürəm. Düzdür, Trampın hazırda başlıca məqsədir Rusiya və Ukrayna müharibəsini bitirmək, atəşkəsə nail olmaqdır. Əgər, bu istiqamətdə irəlləyiş olsa Tramp administrasiyasnda Azərbaycan və Ermənistan arasında da sülh sazişinin imzalanması istiqamətində müəyyən diplomatik fəallıq olacaq. Bizim tələbimiz dəyişməzdir. Ermənistan konstutsiyasında dəyişiklik olmalıdır ki, sülh sazişi imzalansın. Bu olarsa, əlbəttə ki, il ərzində sülh sazişini imzalamaq olar və bu məsələdə ola bilsin Tramp administrasiyasının da müəyyən müsbət rolu olsun".

Vüsalə İbrahimli

Seçilən
31
47
sonxeber.az

10Mənbələr