2024-cü il İranda havanın çirklənməsi 50 minə yaxın insanın ölümünə səbəb olub. Bu barədə Anadolu agentliyi İranın Səhiyyə naziri Məhəmmədrza Zəfərqandiyə istinadan yazıb.
Onun sözlərinə görə, çirklənmədən iqtisadi zərər 12 milyard dollar həcmində qiymətləndirilir.
"Beynəlxalq standartlara görə, havanın hər kubmetrində 5 mikroqramdan yuxarı hissəciklərin konsentrasiyası çirklənmə hesab olunur. Biz 12 mikroqram kriteriyadan istifadə edirik, lakin hətta bizim standartlarımıza görə, ölkənin şəhərləri ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır. Tehran üçün bu rəqəm 353 günə çatır”, o əlavə edib.
Nazir vurğulayıb ki, İranın ən çirkli şəhəri Zabol, Sənəndəc isə ən təmiz şəhərdir.
Mütəxəssislər Tehranda havanın yüksək dərəcədə çirklənməsini şəhərin coğrafiyası ilə əlaqələndirirlər, bu coğrafiyanın hava dövranı üçün əlverişsiz olması, əhalinin sıxlığı, köhnəlmiş avtomobillərdən istifadə və çoxsaylı motosikletlərin tullantıları ilə əlaqələndirirlər.
Gülnar
www.anews.az