“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın ünvanına tənqidin digər komandalarla müqayisədə daha sərt olduğu qənaətindədir.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz həm yaxşı məqmlarda, həm də çətin dövrlərdə öz tarazlığımızı qoruya bilirik. Fikrimcə, “Real”a qarşı tənqidlər digər komandalara müqayisədə nisbətən daha sərtdir, bəli, belədir. Fərqli tənqidlər var: sadəcə şərhlər var, fitəbasma da var – bu, yaralayıcıdır. Bu, o deməkdir ki, azarkeşlər narazıdırlar, amma bu, ilhamlandırır. Bu, bir növ həyəcan siqnalı kimidir”, deyə Ançelotti vurğulayıb.
20 oyundan 46 xalla “Real” İspaniya La Liqasının yarış cədəvlinə başçılıq edir.