Bakı. Trend:
COP29-un nəticələri Braziliyanı növbəti konfransı keçirməyəilhamlandırır.
Trend xəbər verir ki, bubarədə Para ştatının qubernatoru Helder Barbalyu Ümumdünya İqtisadiForumunun “COP30-a aparan yol” mövzusunda keçirilən sessiyasındaçıxışı zamanı danışıb.
Barbalyu vurğulayıb ki, dünyanın ən böyük tropik meşəsi olanAmazon regionunda keçiriləcək COP30-da Braziliyanın mühüm roluolacaq. O qeyd edib ki, qlobal iqlim müzakirələri üçün əsas yaradanCOP29-un uğuru Braziliyanı ətraf mühitin mühafizəsi sahəsindəliderliyə ilhamlandırır.
"Biz Braziliyanın başqalarına nümunə olması və bütün dünyadaətraf mühitin qorunması sahəsində lider rolunu oynaması üçünçalışırıq," – deyə Barbalyu qeyd edib.
O əlavə edib ki, Braziliyanın unikal ekoloji şərtləri, xüsusilədə Amazon bölgəsinin biomüxtəlifliyi , ölkəni iqlim gündəliyindəlider edir.
Qubernator COP30-a alimlər, dövlət qurumları, özəl sektortəmsilçiləri və əsrlər boyu Amazoniyada yaşamış yerli xalqlarınqatılacağına və onun konstruktiv müzakirələr üçün mühüm birplatforma çevriləcəyinə əminlik ifadə edib.
"Ümid edirik ki, bu konfrans öz simvolikası ilə konstruktivdialoq üçün əsas yaradacaq," – deyə o vurğulayıb.
Barbalyu həmçinin qeyd edib ki, COP30 bioiqtisadiyyat sahəsindəvə Paris Razılaşmasının karbon bazarını tənzimlənməsinə yönəlmiş6-cı maddəsinin tətbiqi üzrə vacib miras qoya bilər.
"Ümid edirik ki, Belendə keçiriləcək COP30 meşələr üçün mirasburaxmaq imkanı olacaq. Karbon bazarını tənzimləyərək, yeni qlobalməhsul istifadəsinə başlaya bilərik" – deyə o qeyd edib.