Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç ABŞ-ın ÜST-dən çıxmağı planlaşdırdığını elan etməsindən kədərləndiklərini bildirib.Jasareviç Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında ABŞ-ın geri çəkilmə qərarı ilə bağlı ÜST-nin mesajını paylaşıb."ÜST ABŞ-ın qurumdan çıxmağı planlaşdırdığını elan etməsindən təəssüflənir" - deyən Jasareviç qeyd edib ki, təşkilat xəstəliklərin köklü səbəblərini aradan qaldırmaqla daha güclü sağlamlıq sistemləri qurur.“ÜST dünyadakı insanların, o cümlədən ABŞ əhalisinin sağlamlığının və təhlükəsizliyinin qorunmasında, fövqəladə sağlamlıq hallarının, o cümlədən xəstəliklərin qarşısının alınmasında və onlara reaksiya verməklə mühüm rol oynayır” - deyə o, qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta