İspaniyanın “Levante” klubunun sağ cinah müdafiəçisi Andres Qarsiya bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi bu transfer üçün İspaniya klubuna 7 milyon avro ödəyib. 21 yaşlı ispan futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Andres Qarsiya “Levante”nin yetirməsidir. İspan müdafiəçi bu klubun əsas komandasında 50 oyuna çıxıb. O, bu oyunlarda 4 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı ispan müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.