AZ

Davosda Azərbaycan üçün misilsiz imkan açıldı- Qafqazda yenilikləri qəbul etməyənlərin ifşası...

Image

Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu yenə dünya miqyasında xüsusi diqqət cəlb edən hadisələrdən birinə çevrilib.  “İntellektual əsr üçün əməkdaşlıq” mövzusu ilə keçirilən budəfəki tədbirdə 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı qatılıb. 

Forumda, həmçinin, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edirlər. İclasda ümumilikdə 3 minə yaxın insanın iştirakı gözlənilir.

Forumun əsas mövzuları arasında Donald Trampın ikinci prezidentlik müddətinin perspektivləri, Qəzza münaqişəsi, Ukraynadakı vəziyyət və iqlim dəyişikliyi var. Qeyd edək ki, ənənəvi Davos İqtisadi Forumu həmişə mütəxəssislərin böyük marağına səbəb olur. Məlumat üçün qeyd edək ki, Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlanıb. Forum 1987-ci ildən etibarən rəsmi olaraq Dünya İqtisadi Forumu  adlandırılır. Davos Forumu ənənəvi olaraq, hər ilin yanvar ayının sonunda keçirilir. Hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən “dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. Bu platforma hər il dünya liderlərinin toplaşdığı, müasir dünya siyasətinin ənənəvi elitar ünsiyyət və dialoq platformalarından biridir. Bu tədbirdə dünya iqtisadiyyatı və siyasəti üçün aktual olan məsələlərin yüksək səviyyədə müzakirə edildiyi bir qayda olaraq qəbul edilib. Hətta Davosda ekspertlər dünya geosiyasəti üçün əhəmiyyəti olan proqnozlar da verirlər.Azərbaycan da tədbirdə yüksək səviyyədə təmsil olunur. Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib. Bu fonda prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı və tədbir çərçivəsində keçirdiyi görüşlər xüsusi önəm kəsb edir. Hesab olunur ki, dövlət başçısının Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platforma olan Davos Forumu çərçivəsində bir sıra ölkələrin, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşləri qarşılıqlı faydalı əməkdaşlıq baxımından çox əhəmiyyətlidir. 

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu hər il qlobal miqyasda mühüm iqtisadi, siyasi və sosial məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Bu forumda qlobal iqtisadi trendlər, texnoloji yeniliklər, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və sosial məsələlər müzakirə olunur. Bu tədbirin ölkəmiz üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycanın adı Forumun fəal ölkələri sırasında öndə gəlir. Xatırladaq ki, prezident İlham Əliyev hər il Forumun işində aktiv iştirak edir, Azərbaycan lideri bu qlobal iqtisadi tədbirin ən nüfuzlu qonaqları sırasındadır. Ekspertlərə görə, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır. Onu da xüsusi vurğulamaq lazmdır ki, Azərbaycan hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək ölkə həqiqətlərini, dövlətin   təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırır. Həmçinin işğaldan azad olunan ərazilərimizdə postmüharibə dövründə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzindədir. O da bəllidir ki,  bu gün Azərbaycanın siyasi arenada qazandığı nailiyyətlərə kölgə salmaq, siyasi qələbələrimizi həzm edə bilməyən qüvvələr var. Bunlar Avropa və digər beynəlxalq təşkilatlarda dövlətimizə qarşı kampaniya aparırlar. Davos Forumunda bu qüvvələr də ifşa edilir. O da mühümdür ki. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana beynəlxalq prinsiplərə əsaslanan sülh paketi təklif edib. Amma Ermənistan sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı Azərbaycanın təklifinə adekvat addım atmayıb. Eyni zamanda Ermənistanın Cənubi Qafqazda formalaşacaq yeni konfiqurasiyanı pozmaq istəyi və üçtərəfli və digər konsepsiyalarda təklif edilən əməkdaşlıqla bağlı təkliflərdən boyun qaçırması müşahidə edilir. Bunlara da davos görüşlərində xüsusi nəzər salınır. 

Ramil QULİYEV





Seçilən
7
41
baki-xeber.com

10Mənbələr