AZ

İsrail Qəzzada tarixi dəyişikliyi görməyə ümid edir - İsxak Hersoq

Davos. Trend:

İsrail Qəzzada Livan və Suriyada olduğu kimi tarixidəyişikliklər görməyə ümid edir.

Trend xəbər verir ki, bunuDavosda keçirilən Dünya İqtisadi Forumunda İsrail prezidenti İsxakHersoq deyib.

"Biz Livan və Suriyada tarixi dəyişikliklərin şahidi oluruq.Ümid edirik ki, eyni dəyişikliklər Qəzza zolağında da olacaq. Bu,çox səy tələb edəcək", - Hersoq qeyd edib.

Qəzza razılaşmasından danışan İsrail prezidenti, uğurun açarınıngirovların azad edilməsi məsələsi ilə bağlı olduğunuvurğulayıb.

"Bu razılaşmaya nail olmaq inanılmaz dərəcədə çətin və ağrılıidi. Bu gün mən Qətərin Baş naziri ilə görüşdüm ki, onun əvəzsizsəylərinə, eləcə də digər vasitəçilərə - Misirə, ABŞ-yə, həm gedən,həm də yeni administrasiyaya təşəkkür edirəm. Girovlarımızın çoxuQəzzada qalıb. Biz onların tezliklə razılaşmaya uyğun olaraqevlərinə qayıtmaları üçün dua edirik", - Hersoq vurğulayıb.

Seçilən
22
3
az.trend.az

6Mənbələr