AZ

Yüksək Liqa: “Azərreyl” “Murov”a da uduzdu

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 7-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun hər üç matç eyni gündə baş tutub.

Matçlardan ikisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, biri isə UNEC-in idman zalında keçirilib.

Çempionatın lideri “Abşeron” aşkar autsayder UNEC-i sınağa çəkib. Tələbələr bu görüşdə güclü rəqibə ciddi müqavimət göstərə bilməyiblər.

Digər iki matçda turnir cədvəlindəki qonşular üz-üzə gəliblər. “Murov” gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Azərreyl”i məğlub edib. “Milli Aviasiya Akademiyası” isə “Gəncə”dən güclü olub.

Yüksək Liqa
7-ci tur
21 yanvar

“Murov” – “Azərreyl” 3:2 (25:22, 24:26, 25:27, 25:17, 15:13)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

UNEC – “Abşeron” 0:3 (8:25, 16:25, 9:25)
UNEC-in idman zalı.

“Milli Aviasiya Akademiyası” – “Gəncə” – 3:0 (25:11, 26:24, 25:19)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Abşeron – 20. Milli Aviasiya Akademiyası – 15. Gəncə – 10. Azərreyl – 9. Murov – 9. UNEC – 0.

Seçilən
12
arena.az

1Mənbələr