Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turu start götürüb.
Fanat.Az xəbər verir ki, günün yeganə qarşılaşması Türkiyədə baş tutub.
İstanbul nəhəngi “Qalatasaray” doğma azarkeşləri önündə Kiyev “Dinamo”sunu qəbul edib. “Əli Sami Yen”də keçirilən görüş məhsuldar heç-heçə ilə yekunlaşıb. "Qalatasaray" oyunun gedişində yiyələndiyi 2 topluq üstünlüyünü qoruya bilməyərək 1 xalla kifayətlənib.
Beləliklə, “Qalatasaray” xallarını 13-ə çatdıraraq 5-ci yerə yüksəlib. “Dinamo” isə məhz bu oyunda ilk xalını qazanıb. Bununla belə, kiyevlilər 36 komanda arasında sonuncudur.
Qeyd edək ki, “Qarabağ” bu turda Rumıniyanın FCSB klubu ilə üz-üzə gələcək. Matç yanvarın 23-də Bakıda baş tutacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
Qalatasaray (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 3:3
Qollar: Davinson Sançes, 6. Abdulkərim Bardaqçı, 21. Osimhen, 53-pen. - Vladislav Vanat, 45. Andrey Yarmolenko, 68; 82.