AZ

"Rusiya bu münaqişədə sülh istəmir" - Finlandiya XİN rəhbəri

"2025-ci ildə Ukrayna üzrə sülh razılaşmasının əldə olunacağına əminəm".

Teleqraf.com xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda deyib.

“Mən tam əminəm ki, bu il sülh sazişi olacaq... İndi həqiqətən də Avropada sülhün vaxtıdır”.

Nazirin sözlərinə görə, Rusiya bu münaqişədə sülh istəməyən tərəfdir.


Müəllif: Arzu
Seçilən
12
teleqraf.com

1Mənbələr