AZ

"Leopard 2" tank istehsalçısı Ukraynada birgə müəssisə açır

“Leopard 2” tanklarını istehsal edən Almaniyanın “KNDS Deutschland” şirkəti Ukraynanın müdafiə şirkətlərindən biri ilə rəsmən birgə müəssisə açıb.

Qaziler.az RBC-Ukrayna-ya istinadən  xəbər verir ki, bu barədə strateji sənaye naziri German Smetanin bildirib.

"KMW (KNDS Deutschland) ilə Ukraynanın müdafiə müəssisələrindən biri arasında birgə müəssisənin rəsmi açılışını elan etməkdən məmnunam", - Smetanin bildirib.

Onun sözlərinə görə, yeni yaradılan şirkət alman şirkətinin Ukrayna Müdafiə Qüvvələrinə verdiyi hərbi texnikanın texniki xidməti və təmiri üzrə ixtisaslaşacaq. Bu texnologiyanın ilk nümunələri hələ 2022-ci ildə Ukraynada olub.

"Ukraynalı mütəxəssislər artıq Almaniyada təlim keçiblər və ilk sistemlər artıq obyektlərdə quraşdırılıb", - Smetanin bildirib.

Bu o deməkdir ki, Müdafiə Qüvvələrinin texnikası indi daha tez təmir olunacaq. Birgə müəssisənin işi həm də “investisiya və iş yerləri vasitəsilə iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəstəkləyəcək”.

QAZİLER.AZ

Seçilən
14
5
qaziler.az

8Mənbələr