AZ

"Brentford" "Fiorentina"nın müdafiəçisini icarəyə götürüb

“Fiorentina”nın müdafiəçisi Maykl Kayode karyerasını İngiltərə çempionatında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı sağ cinah müdafiəçisi "Brentford" klubunun uğurları üçün çalışacaq.

İtaliya və İngiltərə komandaları italiyalının transferi ilə bağlı tam razılığa gəliblər. "Brentford" futbolçunu 2025-ci ilin yayına qədər 16 milyon avroya birdəfəlik almaq şərti ilə icarəyə götürüb.

Kayode bu mövsüm İtaliya çempionatında cəmi beş oyunda iştirak edib.

Seçilən
28
90deqiqe.az

1Mənbələr