AZ

Qazaxıstan rusları təhqir edən mahnı ilə bağlı araşdırmaya başlayıb » AzadMedia.az


Almatıda etnik nifrətin qızışdırılması əlamətləri olan mahnı dərc etdirən satirik bloger Temirlan Ensebekə qarşı məhkəməyə qədər istintaq başlayıb. Bu barədə şəhər polis idarəsi məlumat yayıb.

Mətbuat xidməti qeyd edib ki, işin başlanması bloqqerin satirik nəşrləri ilə bağlı deyil. Əsas səbəb dərc olunan materialda etnik qrupun nümayəndələrinin açıq-aşkar təhqir olunması olub. Hazırda istintaq mahnının müəlliflərini müəyyənləşdirir.

Onlar həmçinin vurğulayıblar ki, bu cür hərəkətlər Qazaxıstanın fundamental prinsiplərindən biri olan millətlərarası harmoniyaya təhlükə yaradır. Qanun pozuntuları ölkə Cinayət Məcəlləsinin 174-cü maddəsi ilə cəzalandırılır.

Bundan başqa, bir neçə vətəndaş bloggerə dəstək məqsədilə icazəsiz fərdi piketlərə çıxıb və onlar inzibati məsuliyyətə cəlb ediliblər.

Dekabrın sonunda Qazaxıstan polisi Astanada quldurluq və partlayıcı maddələrin qeyri-qanuni dövriyyəsinə görə axtarışda olan iki Rusiya vətəndaşını saxlayıb.
Seçilən
32
7
azadmedia.az

10Mənbələr