Özbəkistan Hava Yollarına məxsus Soçidən Namanqana uçan təyyarə duman səbəbindən Fərqanədəki alternativ aerodroma eniş enib.
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, duman səbəbindən Ciddə-Namanqan və İstanbul -Namanqan reysləri Daşkəndə yönləndirilib.
“Əlverişsiz hava şəraiti ilə əlaqədar Namanqan Beynəlxalq Hava Limanında müvəqqəti olaraq təyyarələrin qəbulu və buraxılışına məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.
Müəllif: Arzu