AZ

“Legal MeetUp” platformasında Nadir Adilovla görüş keçirilib - FOTOLAR

“Femida Könüllüləri” Təşkilatının təşkil etdiyi “Legal MeetUp” platformasının növbəti qonağı hüquq üzrə fəlsəfə doktoru, dosent və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov olub.

QHT.az xəbər verir ki, tədbir zamanı Nadir Adilov zəngin peşəkar təcrübəsini iştirakçılarla bölüşüb, hüquq sahəsində aktual məsələlərə dair məlumat verib və gənc könüllülərin suallarını cavablandırıb.

Qeyd edək ki, Nadir Adilov 2021-ci ildən etibarən BMT-nin Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü olaraq fəaliyyət göstərir və hüquqi sahədə çoxsaylı layihələrə rəhbərlik etmişdir. Görüş iştirakçıları tədbirdən məmnun qaldıqlarını ifadə edərək belə maarifləndirici görüşlərin davamlı olmasını arzuladıqlarını bildiriblər.

Seçilən
32
qht.az

1Mənbələr