İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında təxminən 15 aydır davam edən hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatından 20 minə yaxın silahlı radikalı məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in ordunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
"HƏMAS-ın hərbi qanadı çox əziyyət çəkdi, Yəhya Sinvardan başlayaraq təşkilatın rəhbərliyinin böyük hissəsi sıradan çıxarıldı. İDF 20 minə yaxın HƏMAS terrorçusunu məhv etdi", - Halevi istefa ərizəsini təqdim etdikdən sonra videomüraciətində deyib.
O, həmçinin bildirib ki, “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatlar zamanı İDF Livan təşkilatının 4000-ə yaxın radikalını, o cümlədən lideri Həsən Nəsrullahı məhv edib.