AZ

ABŞ-ın BMT-yə ümumi borcu 2,8 milyard dollardır

ABŞ-ın BMT-yə borcu 2,8 milyard dollardır ki, bunun da 1,5 milyard dolları dünya təşkilatının əsas büdcəsinə aiddir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.

"ABŞ-ın BMT-nin müntəzəm büdcəsinə borcu 1,5 milyard dollardır. Əgər sülhməramlı missiyalar, tribunallar və müntəzəm büdcəni nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir", - o, jurnalistin sualını cavablandırarkən deyib.

Haq onu da xatırladıb ki, dünya təşkilatının müəyyən edilmiş qaydalarına görə, bir ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, bu ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir.

BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.

Seçilən
11
17
operativmm.az

10Mənbələr