AZ

Səhiyyədə ƏSL İNQİLAB: süni intellek dərman hazırlayacaq

2025-ci ilin sonuna qədər süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng, ürək-damar və ya neyrodegenerativ xəstəliklərin müalicəsi üçün dərman hazırlana bilər.

Publika.az xəbər verir ki, bu sözləri kimya üzrə 2024-cü il Nobel mükafatı laureatı Demis Hassabis "Financial Times" qəzetinə müsahibəsində deyib.

"Biz onkologiya, ürək-damar xəstəlikləri, neyrodegenerasiya, bütün əsas xəstəlik sahələrinə baxırıq və düşünürəm ki, bu ilin sonuna qədər ilk dərmanımız olacaq", - alim deyib.

Hassabis qeyd edir ki, adətən bir dərman hazırlamaq üçün orta hesabla 5-10 il vaxt lazımdır. Bununla belə, süni intellektin istifadəsi bu prosesi on dəfə sürətləndirə bilər ki, bu da səhiyyədə əsl inqilab olardı.

Seçilən
18
publika.az

1Mənbələr