AZ

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarıilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faizdəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməzsaxlanılıb.

Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktikivə proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması,qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pulsiyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbulolunub.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%)daxilində qalıb. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıqinflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%,qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib.İllik baza inflyasiya 4.4% olub.

İnflyasiyaya təsir edən xarici amillər son aylar ümumilikdəstabildir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə ötən ilqlobal əmtəə qiymətləri indeksi 4.3% artıb. Bu dövrdə ticarəttərəfdaşlarının orta çəkili illik inflyasiyası azalaraq 2024-cüilin 11 ayında 11.9% enmişdir ki, bunun da əhəmiyyətli hissəsimanatın nominal effektiv məzənnəsinin 9% möhkəmlənməsi hesabınaneytrallaşmışdır.

Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. DövlətGömrük Komitəsinin məlumatına görə 2024-cü ildə tədiyə balansınıncari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarətbalansında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydəalınıb. Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlikqorunub, Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələbtam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyutaehtiyatları 11 mlrd. ABŞ dolları təşkil etmişdir. Cari əməliyyatlarhesabında proqnozlaşdırılan profisit (5.5 mlrd. ABŞ dolları)2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyinigözləməyə əsas verir.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər vəbank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərəalınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesablarıqalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirininəzərə alaraq 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcminikəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötənil 6.5 dəfə azalıb. 2024-cü ilin dekabr ayında isə büdcəxərclərinin icrası pul bazasının 1.7% artımına səbəb olmuşdur. Buorta günlük 1D AZIR indeksinin yanvarın ötən dövründə dekabrlamüqayisədə 1.29 faiz bəndi düşərək 6.39% təşkil etməsinişərtləndirmişdir. Təminatsız bazarda aktivlik davam edir.Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi2024-cü ilin dekabr ayında 627.3 mln. manat, cari ilin yanvarayının ötən dövründə isə 290 mln. manat olub.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətlidəyişikliklər baş verməyib. Potensial olaraq inflyasiya təzyiqləriyarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik fonundabeynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyiaiddir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isəxərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir.Məcmu tələbin izafi artımı büdcə xərclərinin və kreditqoyuluşlarının genişlənməsi vasitəsilə baş verə bilər.Qiymətləndirməyə görə dövlət büdcəsi xərclərinin və istehlakkreditlərinin inflyasiyaya toplam artırıcı təsirinin 2025-ci ildə 1faiz bəndindən az olacağı gözlənilir. Bu səbəbdən, mövcud monetarşəraitin qalacağı halda qeyd olunan tələb amillərinə görəinflyasiyanın hədəf diapazonundan yayınması ehtimal olunmur.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonudaxilində saxlanılmasına və inflyasiya gözləntilərininsabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenariüzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində(4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvarayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktikivə proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinindinamikasından asılı olacaqdır. Mərkəzi Bank qanunvericilikləmüəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təminetmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərininsabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılmasıimkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bankinflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərinreallaşması halında müvafiq şəkildə reaksiya verəcəkdir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədəməlumat 2025-ci il mart ayının 12-də ictimaiyyətə açıqlanacaq.

Seçilən
10
45
az.trend.az

10Mənbələr