AZ

Gələn il illik inflyasiyanın 3.8% ətrafında olacağı proqnozlaşdırılır - AMB

Bakı. Trend:

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətlidəyişikliklər baş verməyib. Potensial olaraq inflyasiya təzyiqləriyarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik fonundabeynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyiaiddir.

Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, inflyasiyanı artıra biləcək daxili riskfaktorlarına isə xərc amillərinin aktivləşməsi və məcmu tələbinizafi artımı aiddir: "Məcmu tələbin izafi artımı büdcə xərclərininvə kredit qoyuluşlarının genişlənməsi vasitəsilə baş verə bilər.Qiymətləndirməyə görə dövlət büdcəsi xərclərinin və istehlakkreditlərinin inflyasiyaya toplam artırıcı təsirinin 2025-ci ildə 1faiz bəndindən az olacağı gözlənilir. Bu səbəbdən, mövcud monetarşəraitin qalacağı halda qeyd olunan tələb amillərinə görəinflyasiyanın hədəf diapazonundan yayınması ehtimal olunmur".

"Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəfdiapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərininsabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenariüzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində(4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvarayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir", - deyəməlumatda vurğulanb.

Seçilən
3
1
az.trend.az

2Mənbələr