ABŞ-ın 18 ştatından olan prokurorlar Donald Trampa qarşı iddia qaldırıblar. Trampın andiçmə günü imzaladığı və ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verən qaydanı ləğv edən sərəncama görə bu addım atılıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Məlumata görə, prokurorlar Trampın sərəncamının konstitusiyaya zidd olduğunu əsas gətirərək San-Fransisko və Vaşinqton federal məhkəmələrinə müraciət ediblər.
İddiada "Prezidentin konstitusiya dəyişikliyini və ya lazımi qaydada qüvvəyə minmiş qanunu yenidən yazmaq və ya qüvvədən salmaq səlahiyyəti yoxdur" ifadəsi işlədilib.