Yanvarın 25-i şənbə günü həbsxanalardan fələstinli məhbusların azad edilməsi ilə yanaşı, Qəzza zolağında saxlanılan israilli girovların ikinci qrupu da azad ediləcək. Vətəninfo.az xəbər verir ki, bu barədə HƏMAS qruplaşması öz Telegram kanalında məlumat yayıb.
“Həmas təsdiq edir ki, İsraillə imzalanmış saziş çərçivəsində əsirlərin mübadiləsinin ikinci mərhələsi cədvələ uyğun olaraq, yanvarın 25-i şənbə günü həyata keçiriləcək”, – bəyanatda deyilir.