"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında penaltidən vurduğu qollara görə Kriştiano Ronaldoya çatıb.
Publika.az xəbər verir ki, 7-ci turun “Benfika” ilə matçında 36 yaşlı futbolçu 11 metrlik cərimə zərbələrindən 18 və 19-cu qollarını vuraraq, portuqaliyalı forvardın rekordunu təkrarlayıb.
Robert ötən günə qədər bu göstəricidə 18 penalti ilə ikinci yerdə qərarlaşan Lionel Messini də qabaqlayıb.