Bakı. Trend:
Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) faiz dəhlizininparametrlərinə dair növbəti qərarını açıqlayacağı tarix məlumolub.
Bu barədə Trend - ə AMB-dən məlumat verilib.
Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarbarədə məlumat 2025-ci il mart ayının 12-də ictimaiyyətəaçıqlanacaq.
"Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktikivə proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinindinamikasından asılı olacaqdır. Mərkəzi Bank qanunvericilikləmüəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təminetmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərininsabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılmasıimkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bankinflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərinreallaşması halında müvafiq şəkildə reaksiya verəcək", - deyəməlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün AMB faiz dəhlizinin parametrlərinə dairqərarını açıqlayıb. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarəHeyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağıhəddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsindədəyişməz saxlanılıb.