Dünyanın ən məşhur serial və film izləmə platformalarından biri olan Netflix 2024-cü ilin son rübü (oktyabr-dekabr) üzrə balans hesabatını açıqlayıb. Son zamanlar abunəçi sayını artıran Netflix-in gəlirləri əvvəlki dövrlə müqayisədə 16 faiz artıb.
Marja.az Şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, Netflix-in keçən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 10,2 milyard dollar olub. Şirkətin gəliri 2023-cü ilin eyni dövründə 8,8 milyard dollar təşkil etmişdi.
Netflix-in xalis mənfəəti 1 milyard dollar artıb
Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 1,9 milyard dollar təşkil edib. Netflix-in 2023-cü ilin dördüncü rübündə xalis mənfəəti 938 milyon dollar olmuşdu. Şirkətin bir səhm üzrə mənfəəti həmin dövrdə 2,11 dollardan 4,27 dollara yüksəlib.
Abunəçilərin sayında yeni rekord
Dünyanın ən populyar platformalarından olan Netflix-in abunəçi sayında artım davam edir. Keçən ilin son rübündə şirkətin abunəçi sayı 18,9 milyon artıb. Bu artım Netflix-in 4-cü rbdə nail olduğu ən yüksək sayda abunəçi artımı olub.
Şirkətin dünya üzrə abunəçilərinin sayı illik 15,9 faiz artaraq 301,6 milyona çatıb.