İmişlidə iki məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində yaralan digər məktəblidən biri ölüb. Bu barədə TƏBİB apa-nın sorğusuna cavab olaraq bildirilib.
"Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb", - məlumatda deyilir.
www.anews.az