AZ

"İnsanların əylənməsi üçün hər cür şərait var" - Yanan hotelin sahibi (VİDEO)

Türkiyənin Bolu şəhərinin Kartalkaya Xizək Mərkəzindəki “Grand Kartal” hotelində baş verən yanğın ölkəni yasa boğub. 

"Unikal" xəbər verir ki, 76 nəfərin ölümünə səbəb olan hotelin rəhbəri və  digər 8 nəfər saxlanılıb. 

Hadisə baş verməmişdən 3 gün əvvəl Kartalkayadakı "Grand Kartal" hotelinin sahibi və eyni zamanda Qərb Qaradəniz Turizm hotelciler Dərnəyinin sədri Halit Ergül  yerli mətbuata açıqlama verib. 

DHA-ya danışan Ergül, "Bütün hotellər hazırlıqlarını görüb və qonaqlarını gözləyir. Tətildə hotelin qiymətləri gecəlik 18 min-50 min TL-yə arası dəyişir.  Və bütün yamaclar açıqdır, uşaqlar üçün xizək məktəbləri var. Qonaqların əylənməsi üçün hər cür şərait var. İnsanları gözləyirik", - deyib. 

Seçilən
7
1
unikal.az

4Mənbələr