Macarıstanın Baş Naziri Viktor Orban növbəti dəfə Ukrayna barədə danışıb. Macarıstan hökümətinin rəhbəri rəsmi Kiyevin NATO-ya üzvlüyü barədə danışarkən bəyan edib ki, bu addım ciddi təhlükələr yaradacaq. O, Slovakiya Baş Naziri Robert Fitsonun “Ukraynanın alyansa üzvlük məsələsinin təxirə salınması lazımdır” fikrini dəstəklədiyini bəyan edib.
Viktor Orbanın sözlərinə görə, Ukraynanın NATO-ya qəbul edilməsi təkcə regionda deyil, eyni zamanda qlobal səviyyədə sabitliyə ciddi təhdid yarada bilər: "Bu, müharibəyə bərabər bir addım ola bilər. Bu səbəbdən məsələni diqqətlə araşdırmadan və hərtərəfli müzakirələr aparmadan qərar qəbul etmək çox təhlükəlidir," — deyə Macarıstan Baş naziri vurğulayıb.
Mətləb Salahov