AZ

ABŞ-dan qalmaqallı açıqlama: İsrailin İncildən doğan haqqı var

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Elise Stefanik Senatın Xarici Əlaqələr Komitəsində xarici siyasət gündəliyi ilə bağlı sualları cavablandırıb.

Publika.az xəbər verir ki, Stefanik İsrailin işğal altındakı İordan çayının qərb sahilində “İncil hüququna” malik olduğunu müdafiə edib.

Demokrat senator Kris Van Hollen ona "İsrailin maliyyə naziri Bezalel Smotriç və keçmiş milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrailin bütün İordan çayı üzərində Bibliya hüququna malik olduğuna inanırdı. Siz də əvvəllər bu fikirdə idiniz. Bu gün də belədirmi?” sualını ünvanlayb. Stefanik isə “Bəli” cavabını verib.

Stefanik amerikalı senatorun fələstinlilərin öz dövlətlərini qurmaq hüququ ilə bağlı israrlı suallarına müsbət cavab verməyib.

Seçilən
6
publika.az

1Mənbələr