AZ

2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq - Taleh Kazımov

Bakı. Trend:

2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3%proqnozlaşdırırıq.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri TalehKazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuatkonfransında deyib.

"2024-cü ildə iqtisadiyyatımız 4,1% artmışdır. Qeyri-neftməhsullarında artım 6,2% olmuşdur.

Nəqliyyat sektorunda 14,1%, informasiya və rabitə sahəsində11,4%, turizm sektorunda 12,9% artıb. Proqnozlarımız müsbətdir.2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq.Qeyri-neft ümumi daxili məhsullarında isə 5,2% olacağı gözlənilir",- deyə sədr bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankınınİdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizininaşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25%səviyyəsində dəyişməz saxlanılıb.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

3Mənbələr